“5G” şəbəkəsinin tətbiqi smartfonların soyudulması ilə bağlı problemlər yaradacaq
"ICTnews" Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məsələ ondadır ki, beşinci nəsil şəbəkələr “4G/LTE” ilə müqayisədə məlumatların ötürülməsində sürəti kəskin artıracaq. Buraxılış qabiliyyəti nəzəri baxımdan 20 Qbit/saniyəyə çata bilər. Aydın məsələdir ki, belə sürətdə məlumat mübadiləsi smartfonun elektron hissəsinin yükünün dəfələrlə artması ilə nəticələnəcək.
Mütəxəssislərin sözlərinə görə, mobil aparat tərtibatçıları qızmanın qarşısının alınması məqsədilə qurğuların konstruksiyasına ciddi dəyişikliklər etməli olacaqlar. Məsələn, smartfonlar əlavə istilik paylayıcıları ilə təchiz ediləcək. Bundan başqa, “5G” aparat yaradıcıları tərəfindən istilik borucuqlarından kütləvi istifadə gözlənilir.
Bazar iştirakçıları bildirir ki, belə vəziyyət mobil qurğuların soyutma sistemləri üçün komponent tədarükçülərinə sərf edəcək.
Əlavə edək ki, beşinci nəsil mobil rabitəsini dəstəkləyən smartfonları yaxın vaxtlarda “Lenovo”, “Samsung”, “Huawei”, “OnePlus”, “OPPO” və s. kimi şirkətlər təqdim etmək niyyətindədir.
Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47