Şəki şəhərində kafelərdən birindən oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, şəhər ərazisindəki kafelərin birindən 198 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əsgərov saxlanılıb.