“Mançester Siti” klubunun gəlirləri tarixdə ilk dəfə rekord həddini aşıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Belə ki, qurumun 2017-2018-ci illər mövsümündəki gəlirlərinə dair hesabatda bu məbləğin 505,5 funt-sterlinq olduğu açıqlanıb.
Bu, ötən mövsümə nisbətən 27,1 milyon funt-sterlinq çoxdur. Klubun təmiz gəliri 10,4 milyon evro təşkil edir. Onu da qeyd edək ki, klubun Çempionlar Liqasındakı gəliri 6 milyon funta çatıb.