13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.
Metbuat.az xəbər verir ki, son olaraq yaşı 20-yə qədər olan atletlər 69 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kq (125+135) nəticə ilə Kənan Xəlilov qızıl medalı boynundan asıb. İkinci yeri 235 kq (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kq (97+117) nəticə ilə Sahibov Həsənağa tutub.