Avropa Birliyi ticarət ödəmələrində dollardan imtina edir.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Avropa Parlamnetindəki çıxışı zamanı bildirib ki, ticarət ödəmələrində avroya üstünlük vermək lazımdır. Yunker təkcə köhnə qitədə deyil, dünyada da, avronun rolunun gücləndirməsini irəli sürüb.
“İldə 300 milyard avro civarında elektrik enerjisi idxal edirik. Bizim bu ödəməni Amerika Birləşmiş Ştatları dolları ilə həyata keçirməyimiz ağılsızlıqdır,Halbuki bu idxalın cəmi 2 faizi Birləşmiş Ştatların payına düşür”.
Yunker Avropa şirkətlərinin öz aralarında yerli məhsullarla bağlı ödəmələri dollarla həyat keçirməsindən də narahatlıq ifadə edib.
Sübhan / METBUAT.az