Qətər əmiri Təmim Bin Həməd Al Sani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəyəri 400 milyon dollar olan təyyarə hədiyyə edib.
Metbuat.az TrtXəbərə istinadla xəbər verir ki, “Boinq-747-8” tipli özəl təyyarə artıq İstanbuldadır.Bildirilir ki, 2012-ci ildə Qətər hökuməti üçün xüsusi standartlar əsasında istehsal edilən layner daha sonra yenidən dizayn edilib. 76 sərnişin tutumu olan təyyarədə toplantı salonları, yataq və istirahət otaqları var.
Məlumata görə, 3 illik istifadədən sonra layner 400 milyona satışa çıxarılıb. Ərdoğanın təyyarəyə maraq göstərdiyini öyrənən Qətər əmiri, nəqliyyat vasitəsini ona hədiyyə edib. Bu günə qədər 200 dəfə havaya qalxan təyyarə ümumilikdə 436 saat uçub.
Sübhan / METBUAT.az