Sentyabrın 14-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Mətbuat.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə iclas saat 12:30-da başlayacaq. Gündəliyə aşağıdakı məsələlər - AFFA-nın hakimlər komitəsinin və hakim-inspektorlar komitəsinin struktur dəyişikliyi, lisenziyalaşdırma prosesi ilə bağlı müzakirə, digər məsələlər daxildir.
Saat 15:00-da AFFA-nın inzibati binasında mətbuat nümayəndələri üçün İcraiyyə Komitəsinin iclası ilə bağlı brifinq təşkil olunacaq.