İranda hərbi helikopter qəzaya düşüb.

Metbuat.az məlumatına görə, bu barədə İranın dövlət televiziyası məlumat verib. Məlumatda bildirilir ki, Kereç yaxınlığındakı Melard şəhərində təlim uçuşu zamanı İran Hava Qüvvələrinə məxsus hərbi helikopter qəzaya düşüb.

Məlumata görə, Chinook tipli hərbi vertolyotun qəzaya düşməsinə səbəb texniki nasazlıq olub. Qəza nəticəsində 5 əsgər yaralanıb.

Günay Elşadqızı / METBUAT.AZ