"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu Yorkda baş tuta bilər".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Milli.Az