Səudiyyə Ərəbistanı Prokurorluğu messencer vasitəsilə əxlaqsız və din əleyhinə göndərilən mesaj və ya fotolara görə ciddi tədbirlər görüb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bazar ertəsi baş prokurorluğun mikrobloqunda yerləşdirilən xəbərə əsasən, bu halar baş verərsə, həmin şəxsləri həbs və pul cəzası gözləyir.
“Elektron sahəsində belə bir fakt aşkarlanarsa (hazırlanma, saxlama və ya göndərilmə), həmin şəxsi 5 ilə qədər həbs və ya 3 milyon riala (800 min dollar) qədər cərimə gözləyir”, deyə mikrobloqda deyilir.