Şəki şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında rayonun 2014-cü il təvəllüdlü Oxut kənd sakini Məmmədli Vüsal Vüqar oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Şəki MRX-dən verilən məlumata əsasən, müayinə zamanı 4 yaşlı Vüsal Məmmədlinin yaşağı ünvanda üzərinə qaynar yağ dağıldığı məlum olub. Nəticədə V.Məmmədli hər iki yanağından və sol bazudan I-II dərəcəli termiki yanıq xəsarətləri alıb. İlkin tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicə olunmaq üşün uşaq xəstəlikləri xəstəxanasına göndərilib.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla