Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq
lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da
yola getmək çətin olacaq.
Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə
dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən
sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz
- ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb
ola bilər.
Buğa - Düzgün seçilmiş taktika nəticəsində
rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin
müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də
istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın,
dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır
nəticələr verə bilər.
Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin
öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər.
Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar
tamamilə konstruktivdirlər.
Əkizlər - Qeyri-populyar qərarlar qəbul etməli
olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar
tapılacaq. Tənqidə, onlar o qədər də nəzakətlə deyilməsə belə,
sakit yanaşmaq lazımdır. Adi, yeknəsək işlər çox vaxtınızı
alacaq.
Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə
həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv
adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq
əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla
rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur.
Xərçəng - Nəzərə çarpan olmasa da, xoş gündür. O,
nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini
unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox
münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr.
Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya
tədqiqat işləri üçün əlverişlidir.
Şir - Günün ahəngdar və sakit gedişi əsas məsələni
sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz
başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq,
istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq.
Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam
var.
Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və
ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız
diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər
eşidəcəksiniz.
Qız - Asan və gözəl gün olduğunu demək olmaz.
Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək.
Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə
işləmək, cari məsələləri həll etmək lazımdır.
İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür.
Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın -
sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq.
Tərəzi - Prinsiplərinizə sadiq qalın. Bü, çox
vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə
tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın.
Mümkün olan yerdə məsuliyyəti bölüşün.
Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü
"itkisiz" keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl
lazımdır.
Əqrəb - Səy göstərməklə uğur əldə etmək olar.
Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır.
Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər
yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz.
Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz
xərclər istisna deyil.
Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının
məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna
bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna
deyil.
Oxatan - Əgər əvvəlcədən müstəqil şəkildə
fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini,
yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür,
"bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu
adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı
müdafiə etməyə imkan verəcək.
Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli
olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla
fikir ayrılıqları mümkündür.
Oğlaq - Naz, flirt və xoş ünsiyyət günüdür.
Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək
həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial
işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə,
yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi
darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq
mümkündür.
İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə
ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini
uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız
yüksələcək.
Dolça - Diqqəti cari işlərə yönəldin. Bu gün
keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə
layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə
alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək
çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha
məqsədəuyğundur.
Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin
vəziyyətlər mümkündür.
Balıqlar - Əmr vermək, rəhbərlik etmək istəyi var
və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də
işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək
şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son
vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn
kəşf olacaq.
Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən
məmnun qalacaqlar.
Milli.az