Türkiyənin Qadın Radiosu olan “Lady Radio”nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformunun (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəldilər. Türkiyədən Foruma Avcılar Bələdiyyəsinin sədri Handan Toprak, millət vəkilləri Jale Nur Süllü, Aylin Cesur, Qırgızıstan millət vəkili Elvira Surabaldiyeva, azərbaycanlı parlamentarilər Jalə Əliyeva, Kamilə Əliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Şimali Kiprin millət vəkili Jale Refik Rogers ve Qazaxıstandan, Özbəkistandan gələn 50-ə yaxın fəal qadın qatıldı.

Türkiyədə 6 ölkəni birləşdirən beynəlxalq qurumu azərbaycanlılar yaratdı!

Türk Dünyası Qadın Platformunun qurucuları İlhamə Novruzova ve Zaid Nəhmətov iştirakçıları salamladıqdan sonra, Ankara Klubu Qadın Qolları başqanı Handan Kayakökünün təqdimatı ilə üzv ölkənin aktual qadın mövzularına dair informasiya paylaşımı oldu. Çıxışçılar Platforumla bağlı gözləntilərini bildirdilər. Forumun davamında 6 ölkə təmsilçisinden ibarət olan İdarə Heyəti seçildi. Avcılar Bələdiyə başqanı Handan Toprak Türkiyə adından İH-nə qəbul edildi. 30 iştirakçı Qurucu Üzv, millət vəkilləri isə Fəxri Üzv olarak, Niyyət Protokolunu imzaladılar.

Sonra KaDer başqanı Nuray Karaoğlu və “Qadın Cinayətlərini Dayandıracağıq” Platformunun baş təmsilçisi Gülsüm Kavın moderatorluğu ilə “Qadın Lobbiçiliyi” və “Qadına Şiddət” panelləri başlandı. Ankara Bürosunun ilk qadın başqanı Sema Aksoy, Prof. Dr. Aygün Attar, "Lady" Radionun PR meneceri Ayşe Gönen, Lefkoşa Lions Klub başqanı Anıl Meryem Bilir, Prof. Dr. Nodira Latipova, “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova və digərlərinin iştirakı ilə faydalı müzakirələr aparıldı.

TÜRKAP-ın bundan sonrakı hədəflərinə gəlincə, ortaq sosial-mədəni tədbirlərin təşkili, qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir. TÜRKAP-ın qurucu başqanı İlhamə Novruzovanın açıqlamasına görə, 5 dekabr 2018-ci il tarixində Qadın Haqları günündə Türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Genel Forum reallaşacaq və möhtəşəm mərasimdə “İlin Qadını” Mükafatları sahiblərini tapacaq.