"The New York Times"da dərc olunmuş "Mən Tramp administrasiyasındakı müqavimətin bir hissəsiyəm" ("I Am Part of the Resistance Inside the Trump Administration") məqaləsi ABŞ-da böyük əks-səda doğurub.
Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp məqaləni şərh edib. O, Twitter-dəki akkauntunda yazıb: "Satqınlıq?!"
The Washington Post bildrir ki, məqalə Donald Trampda "vulkanik qəzəb yaradıb və onda hədsiz hirs yaradıb".

"The New York Times"dakı məqalənin müəllifi Ağ Ev administrasiyasının yüksək rütbəli əməkdaşı, adını açıqlamaq istəməyən şəxsdir. Məqalədə yazılana görə, Ağ Evdəki əməkdaşların tam əksəriyyəti Trampın planlarının gerçəkləşməsinə yol verməmək üçün var gücləri ilə çalışırlar. Bu qruplaşma Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir.
ABŞ prezidenti indiyədək dəfələrlə ölkə mediasını yalançılıqda suçlayıb, medianı "fake news" adlandırıb. 2017-ci ilin fevralında o, jurnalistləri "xalq düşmənləri" adlandırıb.
Trampın sözlərinə görə, ən yalançı media strukturları The New York Times, CNN, ABC, CBS və NBC News-dur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: