İspaniyanın şimalındakı Aviles şəhərində avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 30 nəfər isə xəsarət alıb.

Avtobus piyada keçidinin beton dirəyinə çırpılıb. Yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Milli.Az