Hindistanın cənubunda, Tamilnad ştatının Salem şəhərində avtobus yük maşını və digər avtobusla toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Yaralılar xəsatəxanalara çatdırılıb.

Bir müddət əvvəl Hindistanda məktəbliləri aparan avtobusun aşması nəticəsində azı 28 uşaq xəsarət almışdı.

Milli.Az