Almaniyada neft ayırma zavodunda güclü yanğın baş verib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Bavariyadakı neftayırma zavodunda baş verən partlayış və güclü yanğın nəticəsində 8 nəfər xəsarət alıb.
Onlardan 3-ü xəstəxanaya aparılıb. Tüstüyə görə 1200 nəfər evindən çıxarılıb.
Partlayış gecə saat 5-də baş verib. Hadisənin səbəbi bilinmir.
Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: