Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Milli.Az "Report"a istinadən bildirir ki, bunlar "VAZ-21015" markalı avtomobilin sürücüsü, rayon sakini, 1960-cı il təvəllüdlü Həşimov Vidadi Seyidağa oğlu və onun sərnişini, rayon sakini, 1968-ci il təvəllüdlü Qasımov Gündüz Qasım oğludur. V.Həşimovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az