"Auto Azerbaijan" şirkətinin idarə heyyətinin sədri vəzifəsinə Ziya Babayev təyin olunub. Ziya Babayev əvvəllər bu şirkətdə sədr müavini vəzifəsində çalışıb.
Publika.az AzNews.az-a istinadən xəbər verir ki, "Auto Azerbaijan" şirkəti ölkəmizdə populyar olan Hyundai və digər avtomobil istehsalçılarının rəsmi distibyutorudur.
Qeyd edək ki, Ziya Babayev həm də AFFA-da Arbitraj komitəsinin sədridir.