Bakının Nizami rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 9 kv.m sahədə və məişət əşyası əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla