Ukrayna Sərhəd Xidmətinin əməkdaşları Azərbaycandan Türkiyəyə gedən avtomobildə içərisində elektron siqaret kapsulları olan yüzlərlə bağlama aşkarlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əməliyyat "Çernomor dəniz ticarət limanı"nda Odessa sərhədçiləri tərəfindən keçirilib.

Türkiyəyə yollanan teploxodların birinə Azərbaycan dövlət qeydiyyat-nömrə nişanlı "Mercedes" markalı avtomobil gəlib.

Baxış zamanı nəqliyyat vasitəsində sürücü və sərnişin oturacaqlarının içində elektron siqaret üçün 840 bağlama kapsul aşkarlanıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az