Sumqayıt şəhərində kişi meyiti tapılıb.
Milli.Az "report"-a istinadən bildirir ki, adı hələ ki istintaqa bəlli olmayan təqribən 40-45 yaşlı kişinin meyiti Sumqayıt şəhər qəbiristanlığında aşkar edilib.
Araşdırma zamanı şəxsin bir neçə gün bundan qabaq öldüyü, hətta bədənində çürümə getdiyi də məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az