Göyçay rayonunda həyətdə gəzən 9 yaşlı qızı ilan sancıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şəmiyeva Aysu Səxavət qızı həyətdə gəzərkən qəflətən onu ilan sancıb.
Yaxınları tərəfindən az yaşlı dərhal Göyçay rayon mərəzi Xəstəxanasına çatdırılıb. A.Şəmiyeva zərdab vurulub və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az