Azərbaycanla Əlcəzairin energetika sektorunda birgə əməkdaşlığı üçün böyük imkanlar var
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanla Əlcəzairin energetika sektorunda birgə əməkdaşlığı üçün böyük imkanlar mövcuddur.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov ölkəmizdə səfərdə olan Əlcəzairin Energetika Nazirliyinin baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğu və əlaqələrin daim inkişaf etdiyi vurğulanıb. Nazir müavini Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar və aparılan çoxşaxəli islahatlar barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq regionun lider dövlətinə çevrildiyini deyib. Həmçinin Azərbaycanın iştirakçısı olduğu mühüm beynəlxalq enerji layihələrdən söhbət açılıb.
Əlcəzairin Energetika Nazirliyinin baş katibi Əhməd Messili ölkəsinin neft-qaz və elektroenergetika sahəsində mövcud potensialı, aparılan islahatlar barədə məlumatlar verib. O deyib ki, Əlcəzair qarşıdakı illərdə yeni neft emalı müsissələrinin və elektrik stansiyalarının inşasını planlaşdırır. Qonaq bu məqsədlə nəzərdə tutulan tenderlərdə Azərbaycan şirkətlərinin iştirakından məmnun qalacaqlarını bildirib, xüsusilə alternativ və bərpa olunan energetika sahəsində ölkəmizin mövcud təcrübəsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47