Bakı, 22 aprel, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 19-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48 min 49 abituriyentdən 2 min 966 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün üç abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, sınaq imtahanında iştirak edən 45 min 80 abituriyentin imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
Birinci ixtisas qrupundan bir abituriyent 700 bal toplayıb.