Salyan rayonunun Aşağı Kürkənd kəndində Kür çayında boğulma hadisəsi baş verib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çayın sahilində azyaşlı nəvəsini gəzdirən 1963-ci ildə anadan olmuş Qəmərxanım Nadir qızı Bədəlova qəflətən ayağı sürüşərək Kür çayına düşərək boğulub.
Onun cəsədi ətrafdakı adamların köməkliyi ilə sudan çıxarılsa da artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: