Bakı, 22 aprel, AZƏRTAC
Koreyalı memarlar 2018-ci ildə keçiriləcək qış Olimpiya Oyunları zamanı qonaqları yerləşdirməkdən ötrü “Mobius lenti” formasında otel layihəsini hazırlayıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, otel Cənubi Koreyanın sahilyanı Gangneung şəhərində tikiləcək. Quruluşca “sonsuzluq” və ya “Mobius lenti” işarəsinə bənzəyən otelin ərazisi 97 min kvadratmetr olacaq. Layihəyə əsasən, binada otel nömrələri ilə yanaşı, geniş terrası olan yaşayış mənzilləri də tikiləcək, ticarət obyektləri və restoranlar şəbəkəsi yaradılacaq. Otelin 8-ci mərtəbəsində iki əsas blokların arasında böyük hovuz yerləşəcək.
Ənənəvi Koreya evi “xanok”-a bənzəyən otel Olimpiya Oyunlarından sonra istirahət mərkəzi kimi fəaliyyət göstərəcək.

