İndoneziyanın Lombok adasında zəlzələ baş verib.
Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 6,3 bal gücündə olan zəlzələ yerli vaxtla saat 12:10-da qeydə alınıb. Yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.