[ 22 Aprel 2015 18:13 ]


Bakı - APA. Belçikada dövlət qulluqçularının tətili əksər xidmətlərin fəaliyyətini iflic edib, bir çox beynəlxalq və daxili dəmiryolu reyslər təxirə salınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belçikalı dövlət qulluqçuları hökumətin sərt qənaət siyasətinə etiraz edirlər.

 

Tətil "Dövlət qulluqçularının ictimai federasiyası” Milli Həmkarlar İttifaqının təşəbbüsü ilə keçirilir.

 

“Thalys” dəmiryolu şirkətinin mətbuat xidmətindən bildiriblər ki, tətil üzündən şirkətin fəaliyyəti iflic olub.