Masallıda gənc xilasedici və yanğınsöndürənlərin yarışı keçirilib
Masallı, 22 aprel, AZƏRTAC
Masallı şəhər 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş gənc xilasedici və yanğınsöndürənlərin yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən yarışın məqsədi fövqəladə hallara hazırlıq sahəsində məktəblilərin fiziki və intellektual səviyyəsini aşkar etməkdir.
Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Nadir Abıyev, Fövqalədə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Əyyar Burhanov, FHN-nin Cənub Regional Mərkəzinin şöbə rəisi Şahbaz Əbilov yarışın əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanmasından və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən danışıblar.
Yarışda 8 komanda qüvvə və bacarığını nümayiş etdirib.
Gərgin mübarizə şəraitində keçən birincilikdə Digah kənd 4 nömrəli tam orta məktəbin komandası birinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, İsgəndərli kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandaların üzvlərinə diplomlar verilib.
Digah kənd 4 nömrəli tam orta məktəbin komandası zona yarışlarında iştirak etmək hüququ qazanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47