Qazaxda mübahisə edən şəxslərdən biri digərinə oraqla xəsarət yetirib.

Publika.az xəbər verir ki, 27 yaşlı Elmar Musa oğlu Sarıyev rayonun Xanlıqlar kəndində öz tanışı ilə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman tanışı onu oraqla vurub. Müxtəlif bədən xəsarətləri alan M.Sarıyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.