Avropanın aparıcı klubları "Palermo"nun hücumçusu Paulo Dibala ilə yaxından maraqlanırlar.
Metbuat.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, argentinalı futbolçu son açıqlamasında "Yuventus"da oynamaq istədiyini bildirib. O, İtaliyadan kənarda çıxış etmək niyyətində deyil.
"Palermo" Dibalaya görə 50 milyon avro tələb edir. Cari mövsümdə İtaliya A Seriyasında 30 matçda meydana çıxan forvard 13 dəfə fərqlənib.