“Mən qayıtdım? Axı heç yerə getməmişdim ki, qayıdam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta deyib.
Son vaxtlar zəif çıxışı ilə diqqət çəkən təcrübəli futbolçu Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları çərçivəsində PSJ-yə qarşı gözəl oyunu ilə diqqət çəkdi. Matçdan sonra fikirlərini bölüşən 31 yaşlı xavbek maraqlı fikirlər səsləndirib: “Mövsümün sonunu pik formada keçiririk. Açığı, PSJ səddini keçmək bizim üçün heç də asan olmadı. Artıq bu oyunu unudub, irəli baxmaq lazımdı. Məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdı. Bilirik ki, bu cür turnirlərdə xırda səhvlər də baha başa oturur”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan İnyesta 2002-ci ildən əsas komandada çıxış edir.
Milli.Az
Milli.Az