Bakı, 22 aprel, AZƏRTAC
Böyük Britaniyanın “Çarter” Sığorta İnstitutunun (Cİİ- Chartered Insurance Institute) “Sığortanın əsasları” adlı dərsliyi artıq Azərbaycan dilinə tərcümə olunub və yaxın günlərdə çap ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov bildirib ki, dərslik əsasında gələcəkdə tədris kursları təşkil oluna və müəyyən sertifikatlar verilə bilər.
DSNX rəisi, həmçinin hazırda Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində Tədris Mərkəzinin formalaşdırılmasi prosesinin getdiyini də diqqətə çatdırıb.