"Adidas" 2018-2019 mövsümü üçün Çempionlar Liqasının yeni topunu təqdim edib.

Publika.az xəbər verir ki, topun fotosu şirkətin "Tvitter" səhifəsində paylaşılıb.

Yeni top mavi rəngdən və ağ ulduzlardan ibarətdir.

Qeyd edək ki, 2001-ci ildən ənənəvi olaraq Çempionlar Liqasının toplarında ulduzlardan istifadə olunur.