Zakir Həsənov: Rəsmi Yerevan sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirir
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi, rəsmi Yerevanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə edərək yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb. Nazir qeyd edib ki, Silahlı Qüvvələrimizin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür. Təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib və bu qeyd-şərtsiz yerinə yetirilir. Ermənistanın kriminal hərbi-siyasi rejimi öz xalqını informasiya boşluğunda saxlamaqla itkilərini gizlədir və gənclərini girova çevirməklə onları bu mənasız müharibədə qırdırır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, münaqişənin yeganə həll yolu işğalçıların ərazilərimizi tərk etməsidir. Düşmən anlamalıdır ki, bizim yolumuz haqdır. Silahlı Qüvvələrimiz işğalçıları məhv etməyə daim hazırdır. Ordumuzun arsenalında, xüsusilə Azərbaycanın və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik.
Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47