Bakıda Türkiyə səfirliyinin qarşısında türk iqtisadiyyatına dəstək aksiyası keçirilib.

Aksiyada “Bakı Müharibə Veteranları Şurası” və “Osmanlı intibahı xalq hərəkatı”nın nümayəndələri iştirak ediblər.

Aksiyada Türkiyə və Azərbaycan bayraqları qaldırılıb, Türkiyəyə dəstək şüarları səsləndiriblər.

ABŞ xarici siyasətinə etiraz əlaməti olaraq dollar yandırılıb (Teleqraf.com).