Gəncə hadisələrinin iştirakçısı 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib.
Radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakı
şəhərində keçirilmiş “Evrovision” mahnı müsabiqəsi öncəsində
paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun
yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə o məhkum
edilib.

Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən qadağan olunmuş
əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək
məhkum olunub. Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən
“Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe
göstərməyə başlanıb.
Muraz Rəhimov 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda
iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlmiş,
müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib. Müəyyən edilib ki,
Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin
imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırırmış.
(azvision.az)