Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota" markalı maşınla digər minik avtomobilinin toqquşması nəticəsində Salyan şəhər sakini, 1961-ci il təvəllüdlü Mənəfov Məhəmməd Yaqub oğlu, Hacıqabul rayon sakinləri - 1956-cı il təvəllüdlü Ağarəhimov Həsən Məmməd oğlu və onun 1957-ci il təvəllüdlü həyat yoldaşı Ağarəhimova Simuzər Canı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az