[ 22 Aprel 2015 14:34 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Hal-hazırda biz 3 texniki komitənin yaradılmasını yekunlaşdırırıq”.

 

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.

 

S.Abdullayev qeyd edib ki, “Azərenerji” ilə birlikdə elektrotexnika sahəsində olan texniki komitə yaradılacaq.

 

“Elektrotexnika sahəsində olan texniki komitənin fəaliyyət istiqaməti elektrik enerjisinin istehsalı, daşınması, nəql edilməsi və s. digər məsələləri əhatə edəcək. Ümidvaram ki, bu ilin may ayının ortasına kimi həmin texniki komitənin açılışını edəcəyik”, -  deyə S.Abdullayev əlavə edib.

 

S.Abdullayevin sözlərinə görə, bu ilin “Kənd Təsərüfatı ili” elan olunması ilə əlaqədar kənd təsərrüfatı üzrə yeni texniki komitə də yaradılır. Qurum rəsmisi bu ayın sonuna kimi həmin texniki komitənin fəaliyyətə başlayacağını bildirib.

 

İnstitutunun direktoru əlavə edib ki, 3-cü texniki komitə alternativ enerji növləri və enerji səmərəliliyi sahəsini əhatə edəcək. S.Abdullayev bu istiqamətdə işlər aparıldığını bildirib.