Qax rayonuna yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib. 

Milli.Az Report.az-a istinadən bildirir ki, Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb.

Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib. 

Qeyd edək ki, həmin körpünü 2011-ci ildə də sel aparmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qaxda sel suları körpünü uçurub