[ 22 Aprel 2015 13:40 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakıda bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.