Prezident WİZZ Air-ı qaytarır
Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti beşinci iclasının keçirilməsi ilə əlaqədar Azərbaycanın sənaye və iqtisadiyyat naziri, birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-də Budapeştə səfər edib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə bildiriblər ki, səfərin ilk günü Macarıstanın Xarici işlər və xarici ticarət nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Macarıstan tərəfdən birgə komissiyanın həmsədri Piter Siyyarto ilə azərbaycanlı həmkarının görüşü olub. Görüş zamanı ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfərindən sonra qarşılıqlı iqtisadi əlaqələr sahəsində həyata keçirilən layihələr və yeni əməkdaşlıq planları barəsində ətraflı fikir mübadiləsi aparılıb. İndiyə qədər su təchizatı, kənd təsərrüfatı, turizm və təhsil sahəsində bir sıra mühüm addımların atıldığı, tezliklə energetika, nəqliyyat, tikinti, dərman sənayesi və s. kimi maraq doğuran sahələrdə də birgə layihələrin həyata keçiriləcəyi bildirilib.
Ş.Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib. P.Siyyarto Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin regionda Avropa Birliyinin etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını xüsusi qeyd edib. O yalnız birgə komissiyanın həmsədri kimi deyil, xarici işlər naziri kimi də ölkəsi adından bu prosesi daim dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Tərəflər Macarıstanla Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq sazişinin qarşılıqlı münasibətləri bütün sahələr üzrə daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar açdığını vurğulayıblar.
Macarıstan Milli İqtisadiyyat nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Bu gün isə Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə birgə iqtisadi komissiyanın iclası, habelə biznes dairələrinin görüşü keçiriləcək. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47