İstanbulda Atatürk beynəlxalq aeroportunda həyəcanlı anlar yaşanıb.
Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Mərakeşin “Royal Air Moroc” aviaşirkətinin təyyarəsi “Turkish Airlines”in layneri ilə toqquşub.
Qeyd edilir ki, İstanbuldan Kasablankaya uçmağa hazırlaşan “Royal Air Moroc” aviaşirkətinin təyyarəsi sükanı çevirən zaman “Boeing-777”-nin quyruq hissəsinə toxunub. Hər iki təyyarə zədə alıb.
“Boeung-777” Afinaya uçmağa hazırlaşırdı. “Turkish Airlines” sərnişinləri Afinaya başqa təyyarə ilə göndərib. Hadisənin araşdırılması başlanılıb.