Yaponiyanın Baş naziri Sindzo Abenin paytaxt Tokiodakı iqamətgahının damında kimə məxsus olduğu məlum olmayan uçan qurğu aşkarlanıb.

ANS PRESS-in xəbərinə görə, məlumatı bu gün Tokio polisi yayıb. Pilotsuz aparat iqamətgahın üzərindəki helikopter enmə zolağının yaxınlığında aşkar edilib. Polis hazırda kiçik ölçülü pilotsuz aparatın iqamətgaha haradan gəlməsini araşdırır. Yaponiyanın Baş naziri Sindzo Abe özü isə hazırda İndoneziyada rəsmi səfərdədir.

Son dövrlərdə oxşar hadisələr Cənubi Koreyada da baş verib. Cənubi Koreya prezidentinin iqamətgahı üzərində uçan kəşfiyyat qurğusu texniki nasazlıq səbəbindən yerə düşmüşdü. Bəzi mənbələr bu qurğuların Şimali Koreyadan göndərildiyini iddia edir.
Mənbə
Associated Press