Küçələrdə dilənən insanların pul istəmələri adi, rutin məsələdir.
Fəqət dilənçi küçədən keçənlərə pul təklif edərsə?
Milli.Az TMZ-yə istinadən bildirir ki, prodüser Yusif Saleh Erekat ABŞ-ın Los-Anceles şəhərində sosial eksperiment keçirib.
O, özünü dilənçi "görkəm"inə salıb və küçədə oturaraq səkidən keçənlərə pul təklif etməyə başlayıb. Daha doğrusu, "dilənçi" Erekat yoldan ötənlərə 10 dollar vermək istəyirdi.
Şəhər sakinlərinin bir çoxu "dilənçi"nin təklifini rədd edib, onu söyüb, təhqir edib.
Yalnız iki nəfər Erekata yardım edib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.









