Tovuz Gömrük İdarəsinin əməkdaşları mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə,
idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn
Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat
vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı
avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin
olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının
altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd
"Samsung Galaxy J4", 1 ədəd "Samsung Galaxy J5 pro", 2 ədəd
"Samsung Galaxy J6" və 1 ədəd "Samsung Galaxy A6" markalı mobil
telefonlar, 15 ədəd "qulaqcıq", 15 ədəd USB kabel, 15 ədəd
qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib.