“Ağsu aqrotexservis” fermerlərin yaxın köməkçisinə çevrilib
Ağsu, 22 aprel, AZƏRTAC
Cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və bununla əlaqədar görülən işlər dövlətimizin aqrar sektorun sürətli və dinamik inkişafına verdiyi dəstəyin təzahürüdür. Azərbaycanın aqrar bölgələrindən olan Ağsu rayonunda da bu sahəyə göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Əlbəttə, kənd təsərrüfatının intensiv inkişafı potensial ehtiyatlardan maksimum səmərəli istifadəni tələb edir. Bu, torpaqlardan təyinatı üzrə istifadə olunması, meliorativ tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi, yüksək məhsuldar toxumlardan istifadə ilə yanaşı, həm də aqrar sektorun müasir kənd təsərrüfatı texnikası ilə normal təminatını da ön plana çıxarır.
Bu gün rayonda “Aqrolizinq” ASC-nin 2011-ci ildən fəaliyyət göstərən “Ağsu aqrotexservis” filialı fermerlərin yaxın köməkçisinə çevrilib. Son illər filialın maddi-texniki imkanları xeyli genişləndirilib. İnişil rayonda filial üçün böyük baza tikilib. Burada onlarla texnikanın saxlanılması, mühafizəsi, lazımi texniki qulluq göstərilməsi üçün hər cür şərait yaradılıb.
Hərtərəfli dövlət qayğısı “Ağsu aqrotexservis”in texniki imkanlarının artmasına, ildən-ilə yeni, müasir texnika ilə təminatının yaxşılaşmasına imkan verir. Belə ki, rayonda aqrar sektorda aparıcı sahələrdən olan taxılçılığın normal texniki təminatı üçün təkcə keçən il 27 ədəd yeni kombayn, o cümlədən Finlandiya istehsalı olan 14 ədəd “Sampo”, Belçika istehsallı 4 ədəd “New-Holland”, Almaniya istehsallı 4 ədəd “Klass” və Rusiya istehsallı 5 ədəd “SK-5 Niva” markalı kombayn gətirilib. Keçən il, habelə 2 taxılsəpən, 1 qoşqu texnikası və 2 qarğıdalıbiçən alınıb. Gətirilən bütün texnikalar ərazi icra nümayəndəlikləri üzrə təhkim olunub.
Müasir texnikadan düzgün və səmərəli istifadə üçün kadrların hazırlığı da diqqət mərkəzindədir. Belə ki, yeni texnikanı idarə edən kadrlar əvvəlcə kursa cəlb olunur və onlara müvafiq sertifikatlar verilir.
Artıq “Ağsu aqrotexservis” rayonda kənd təsərrüfatı sahələrində, xüsusən əkin və becərmə işlərində, habelə məhsul yığımında mühüm rol oynayır. Filialın köməyindən yararlanan fermer Habil Mütəllimov əsasən taxıl əkini ilə məşğuldur. O deyir: “Aqrotexservis” filialı əsas güvənc yerimizdir. Əkin, becərmə və yığımın vaxtında, keyfiyyətlə və itkisiz aparılması müasir texnikanın gücü ilə mümkündür. Bu baxımdan “Ağsu aqrotexservis”in imkanlarından geniş istifadə edirik”.
Aran, dağətəyi zonalarda əkin və biçin kampaniyaları başa çatdıqdan sonra filiala məxsus texnika şimal dağlıq bölgələrinin, xüsusən İsmayıllı və Qəbələ rayonlarının fermerlərinin köməyinə göndərilir. Əlbəttə, maddi-texniki bazanın getdikcə möhkəmlənməsi “Ağsu aqrotexservis”in yaxın gələcəkdə rayonda aqrar sahədə aparıcı qüvvəyə çevrilməsi ilə nəticələnəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47