Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə metronun Nəriman Nərimov stansiyasının yaxınlığında baş verib.

1991-ci il təvəllüdlü Yusifov Yunis Ədalət oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.

Milli.Az