23:46
Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub.
Milli.Az "Report"a istinadən bildirir ki, bunlar, Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Həsənov Elvin Rəşid oğlu, 1989- cu il təvəllüdlü Məmmədov Mahir Vaqif oğlu, 1987-ci il təvəllüdlü Məmmədova Sevil Vaqif qızı, 2014-cü il təvəllüdlü Məmmədli Kəmaləddin Sərxan oğlu və 2016-cı il təvəllüdlü Məmmədli Yunis Sərxan oğludur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hazırda müalicələri davam etdirilir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
21:12
Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az